İcra başçısının ölümü ilə bağlı cinayət işi açılıb

Naftalanın icra başçısının ölümü ilə bağlı cinayət işi açılıb. Avtosfer.az xəbər verir ki, bu barədə sputnik-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Onun sözlərinə görə, R.İbrahimovun yaşadığı mənzildə vəfat etməsi ilə bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə iş başlanılıb. İş üzrə müvafiq ekspertiziyalar təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri görülür.
Xatırladaq ki, Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən mənzildə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov vəfat edib.
Onun dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi deyilirdi.
Qeyd edək ki, Rövşən İbrahimov fevralın 25-də "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
O, Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdi.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












