İctimai nəqliyyat işçilərinin tətili başlayıb

Almaniyanın paytaxtında ictimai nəqliyyat işçilərinin son yeddi ildə ilk iri tətili başlanıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, şəhərdə tramvaylar və metro qatarları hərəkət etmir. Avtobus reyslərinin əksəriyyəti ləğv edilib. “Verdi” həmkarlar ittifaqında bildiriblər: “Tətil plan üzrə gedir”. Əməkhaqqının artırılması və iş şəraitinin dəyişdirilməsi barədə danışıqlar fonunda “Verdi” Həmkarlar İttifaqı işəgötürənə təzyiq göstərməyə çalışır. “Verdi” çalışır ki, 14 min əməkdaşın hər biri üçün 36,5 saatlıq iş həftəsi tətbiq edilsin (hazırda işçilərin yarısı üçün 39 saatlıq iş həftəsi tətbiq edilir), işə yeni qəbul edilənlərə də Milad bayramı münasibətilə mükafatlar ödənilsin, əməkhaqqı daha tez-tez artırılsın, həmkarlar ittifaqının üzvlərinin hər birinə 500 avro məbləğində birdəfəlik ödəniş olsun. Tətil yüz minlərlə sərnişinə, o cümlədən 69-cu Beynəlxalq Berlinale kinofestivalına gələnlərə də təsir edib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










