İctimai nəqliyyatı ən ucuz olan şəhərlərin reytinqi açıqlanıb - TOP-10

"Deutsche Bank"ın mütəxəssisləri dünyada ən ucuz ictimai nəqliyyatı olan şəhərlərin reytinqini tərtib edib. Xərcləri qiymətləndirmək üçün hər bir şəhərdə ictimai nəqliyyatda aylıq biletin dəyəri götürülüb. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, siyahıya Argentinanın paytaxtı Buenos-Ayres şəhəri başçılıq edir. Bu şəhərdə bir ay ərzində ictimai nəqliyyatdan istifadə etmək 15,3 ABŞ dollarına başa gəlir. Şəhərin ən inkişaf etmiş ictimai nəqliyyat növü kolektivodur – 135 marşrutdan ibarət şəhər avtobusu. Kolektivo nəinki şəhərin müxtəlif yerlərinə, həmçinin Buenos-Ayresin qonşu əyalətinə də getməyə imkan verir. Bundan başqa, şəhər metrosu da aktiv şəkildə inkişaf etdirilir. Hazırda Buenos-Ayresdə 6 metro xətti istifadəyə verilib ki, onlardan ən uzunu 11,8 km-ə bərabərdir.
İctimai nəqliyyatı ən ucuz olan şəhərlərin reytinqi:
|
# |
Şəhər |
Ölkə |
Aylıq gediş haqqı, ABŞ dolları |
|
1 |
Buenos-Ayres |
Argentina |
15,3 |
|
2 |
Mumbay |
Hindistan |
16,8 |
|
3 |
Mexiko |
Meksika |
19,9 |
|
4 |
Nyu-Dehli |
Hindistan |
23,1 |
|
5 |
Praqa |
Çexiya |
23,4 |
|
6 |
Ər-Riyad |
Səudiyyə Ərəbistanı |
24 |
|
7 |
Banqalor |
Hindistan |
24,2 |
|
8 |
Manila |
Filippin |
24,9 |
|
9 |
Kuala-Lumpur |
Malayziya |
26,1 |
|
10 |
Cakarta |
İndoneziya |
28,7 |
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










