İctimai nəqliyyatında zərərli qida məhsullarının reklamı yığışdırılır

Böyük Britaniyanın paytaxtında insan sağlamlığı üçün zərərli qida məhsullarının ictimai nəqliyyat vasitələrində reklamına qoyulan qadağa fevralın 25-də qüvvəyə minib.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu həftədən başlayaraq Londonun metro və yerüstü nəqliyyat vasitələrində yüksək şəkərli, duzlu və yağlı qida məhsullarının reklamı yığışdırılacaq. Bundan başqa, şəhərin nəqliyyat idarəsinin nümayəndələri qida məhsulları reklamına nəzarətin də sərtləşəcəyini bildiriblər. 2018-ci ilin may ayında müvafiq təşəbbüsü irəli sürən Britaniya paytaxtının meri Sadiq Xan bu yolla uşaq piylənməsi problemini həll etmək niyyətindədir.
Londonda 10-11 yaşlı uşaqlar arasında artıq çəki problemi 40 faiz təşkil edir ki, bu da Avropa paytaxtları arasında ən yüksək göstəricilərdən biridir.
Piylənmə artıq xeyli müddətdir təkcə Londonda deyil, Birləşmiş Krallığın bütün ərazisində ciddi problemə çevrilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının son məruzəsinə əsasən, Böyük Britaniya piylənmədən əziyyət çəkən vətəndaşların sayına görə, Qərbi Avropa ölkələri arasında ən yüksək göstəriciyə malikdir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












