İki ayda avtomobil nəqliyyatı ilə 266 milyon sərnişin daşınıb

2019-cu ilin yanvar-fevral ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 32,8 milyon ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artım müşahidə olunub.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 3,1%-i dəniz, 6,6%-i dəmir yolu, 0,1%-i hava, 58,9%-i avtomobil nəqliyyatı, 31,3%-i isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 1,7% artıb, daşınan yüklərin ümumi həcmində onların xüsusi çəkisi 78,7% təşkil edib.
Cari ilin yanvar-fevral aylarında nəqliyyatçılar 303,2 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,3% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,7%-i avtomobil nəqliyyatı, 12,0%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin ilk iki ayı ərzində 2,2 milyon ton yük, 486,6 min sərnişin daşınıb, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 2,7%, sərnişin daşınmasında isə 19,6% artım müşahidə olunub.
Orta hesabla sutkada 262 vaqon yüklənib, 392 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,3 min ton, Qərb istiqaməti üzrə 4,0 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib.
Dəniz nəqliyyatı ilə bu ilin yanvar-fevral aylarında daşınan yüklərin həcmi 1024,4 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,1% artıb. Yüklərin 31,6%-ni neft yükləri təşkil edib.
Dəniz limanları tərəfindən 1368,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1217,7 min tonunu və ya 89,0%-ni tranzit yüklər təşkil edib.
2019-cu il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 39,3 min ton olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 66,7% artaraq 2,5 min nəfər olub.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 19,3 milyon ton yük, 266,0 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2% və 1,5% artım qeydə alınıb. Sərnişinlərin 96,3%-i avtobus, 3,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,2%, sərnişin dövriyyəsi isə 1,6% artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 0,2% artaraq 36,4 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 289,5 min və ya əvvəlki ilin eyni dövrünə nisbətən 0,7% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 10,4% azalaraq 30,2 min tona çatıb.
Bakı nəqliyyatında inteqrasiya olunmuş mobillik sistemi genişlənir
Hava limanına da qatarla gedə biləcəyik - AÇIQLAMA
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb - FOTO - VİDEO
Əlli faiz artım narazılıq YARATDI – Taksiçilər çətin vəziyyətdə
Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO








