İki gün ərzində respublika ərazisində daşınan sərnişinlərin sayı AÇIQLANDI

Bakı Beynəlxalq Avtovağzal Kompleksi iki gün ərzində ölkə ərazisində daşınan sərnişinlərin sayını açıqlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
O bildirib ki, 29-30 dekabr tarixlərində respublikanın 60 avtovağzal və avtostansiyasından ümumilikdə 65000 sərnişin daşınıb: “Ən çox sərnişin axını hər il olduğu kimi Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilir. Təkcə Bakı Beynəlxalq Avtovağzal Kompleksində 2 gün ərzində 35000 sərnişinin respublikanın ayrı-ayrı bölgələrinə və xarici ölkələrə səfəri tam təhlükəsiz təmin edilib”.
“Sərnişinlərimizdən xahiş edirik ki, səfərlərini avtovağzallarımızdan hərəkət edən müntəzəm marşrut xətlərinə etibar etsinlər. Əlavə məlumat üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1655 Qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz. Biz yolunuzu müşayət edək-siz istirahət edin!” – deyə, N.Allahyarova əlavə edib.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi avtobuslara biletləri dekabrın 25-dən etibarən daha bir ünvanda satmağa başlayıb. Bundan sonra sərnişinlər Kompleksin kassaları ilə yanaşı, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 126a ünvanında yerləşən aviakassadan da bilet ala biləcəklər.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










