İki mağazadan oğurluğa cəhdin qarşısı alınıb

Bakıda iki mağazadan oğurluğa cəhdin qarşısı alınıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, bir neçə gün əvvəl gecə saatlarında Nəsimi rayon Mühafizə idarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan Nəsimi rayonu H.B.Əliyev küçəsində yerləşən geyim və mobil telefonların satışı mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarə əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və hər iki obyektin giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən T.C. hadisə yerində saxlanılıb. Hadisəni törədən şəxs saxlanılıb aidiyyəti üzrə Nəsimi rayon Polis idarəsi 19-cu polis şöbəsinə təhvil verilib. Şöbədə araşdırma zamanı oğurluğa cəhd göstərən şəxsin yetkinlik yaşına çatmadığı məlum olub.
Faktla bağlı başlanan araşdırmalar davam etdirilir.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










