İki marşrut xəttinin sahibini qətlə yetirən "Hozu Rauf" saxlanılıb - VİDEO

Bakının Sabunçu rayonunda odlu silahla yeznəsi Məmmədov Ramiz Hümbət oğlunu qətlə yetirən şəxs saxlanılıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, "Hozu" ləqəbli Rauf Həsənov Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon Prokurorluğuna təhvil verilib. Cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.
*** Saat 02:50
Bakının Sabunçu rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub. Məmmədov Ramiz Hümbət oğlu öz qaynı Rauf Həsənov tərəfindən odlu silahla qətlə yetirilib. Artıq Sabunçu rayon Prokurorluğunun istintaq qrupu hadisənin baş verdiyi Bəşir Bünyadov küçəsindədir və ərazidə müayinələr aparılır. R.Məmmədovun güllələndiyi yerdən cinayətdə istifadə olunmuş odlu silahın gilizləri də aşkar edilib. Onu da qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən R.Həsənov "Hozu" ləqəbi ilə tanınırmış. Mərhum R.Məmmədovun isə Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.
*** Saat 02:00
Bakıda silahlı insident zamanı güllələnən Məmmədov Ramiz Hümbət oğlu xəstəxanada dünyasını dəyişib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, R.Məmmədov İlkin adlı şəxs tərəfindən güllələnib. O, odlu silahdan açılan çoxsaylı qırma yaraları ilə xəstəxanaya çatdırılmışdı. Məlumata görə, R.Məmmədov Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən marşrut xətlərindən birinin sahibi imiş. O, avtomobilindən düşən zaman güllələnib. Onu güllələyən şəxs isə hadisə yerindən qaçıb.
*** Saat 01:39
Bakının Sabunçu rayonunda silahlı insident olub. Hadisə Bakıxanov qəsəbəsində törədilib. İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu İlkin adlı şəxs tərəfindən güllələnib. Belə ki, həmin şəxs mübahisə zamanı avtomobilindəki odlu silahı götürərək R.Məmmədova ağır xəsarətlər yetirib. Vəziyyəti kritik olan R.Məmmədov hazırda xəstəxanadadır və üzərində cərrahi əməliyyat aparılır. Onun aşağı ətraflarından və qarın nahiyəsindən çoxsaylı yaralar aldığı deyilir. Ehtimal olunur ki, silahlı şəxs ona lüləsi kəsilmiş ov silahından ("Obrez") atəş açıb.
Faktla əlaqədar Sabunçu polisi və Prokurorluğu əməliyyat-axtarış işlərinə başlayıb.
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










