İki min il əvvələ aid sərdabədə onlarla mumiya tapıldı

Arxeoloqlar Misirdə onlarla pişik və qızılquş mumiyalarının olduğu sərdabə aşkarlayıb. Avtosfer.az Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, alimlərin fikrincə, sərdabə iki min il əvvəl Ptolemey dövründə tikilib. Tikilidə yaxşı qorunmuş divar şəkilləri olan çox sayda yeraltı otaqlar var. Alimlər hesab edir ki, sərdabə qədim Misir məmuru və onun arvadına məxsus olub. Ancaq qadının tabutu boş olub. "Sərdabə bu ərazidə tapılan ən təəccüblü tapıntıdır. Çox gözəl cizgilərlə bəzədilmiş tikili Tutu adlı şəxsə və onun həyat yoldaşı Ta-Şirit-İzizə aiddir. Bu qadın və kişi üçün nəzərdə tutulmuş ikiqat sərdabədir" - deyə Misir Ali Şurasının katibi Mustafa Vəziri qeyd edib. Arxeoloqlar sərdabədən sahibindən başqa çox sayda mumiya aşkarlayıblar. Onların arasında insan cəsədləri də var. Ancaq daha çox siçan, pişik və qızılquş mumiyaları aşkar edilib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












