İki nəfəri döyüb pulunu ələ keçirən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bəşir Qəhrəmanzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
O, məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, B.Qəhrəmanzadə istintaqa məlum olmayan əlbir olub bir qrup şəkilində 2017-ci il dekabrın 30-da gecə saatlarında Bakı şəhəri Nəsimi rayon ərazisində Ramil Muradova silahla basqın edib. O, R.Muradovu bıçaqlayıb, dəstə üzvləri ilə birgə zərərçəkmişin cibindən 70 manat pulu və 30 manat dəyərində mobil telefonu ələ keçirib.
Bundan başqa, B.Qəhrəmanzadə 2018-ci ildə tanış olduğu İlqar Qəhrəmanovu Nəsimi rayon ərazisində yerləşən yaşayış binasının həyətinə aparıb, onun gözünə yumruqla vurub və ümumilikdə, 88 manat pulunu quldurluq yolu ilə ələ keçirib.
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO








