İki nəfərin ölümünə səbəb olan mikroavtobus sürücüsü həbsdə ölüb

Bakıda cəzaçəkmə müəssisəsində məhbus ölüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Nərimanov rayonunda yerləşən 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 46 yaşlı Səfərəliyev Rafiq Kamran oğlu orada vəfat edib. Onun ölümünün səbəbləri araşdırılır. Qeyd edək ki, R.Səfərəliyev ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunub. Yol-nəqliyyat hadisəsi 2014-cü il oktyabrın 23-ü saat 15 radələrində Qaradağ rayonunun Buta qəsəbəsində baş verib. Kəngərli rayon sakini Ələddin Allahverdiyevin idarə etdiyi “Ford Cargo” markalı yük avtomobili ilə Füzuli rayon sakini Rafiq Səfərəliyevin idarə etdiyi “Ford Transit” markalı mikroavtobus toqquşub. R.Səfərəliyev idarəetməni itirərək avtomobili Ağdam şəhər sakini Ramil Zeynalovun idarə etdiyi KİA markalı avtomobilə vurub. R.Səfərəliyevin sərnişinlərindən - həmyerlisi Ağgül Ərşədil və Beyləqan rayon sakini Qeys Abdullayev hadisə yerində ölüb, digər 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA












