İki qardaşı güllələyərək öldürən şəxsə ömürlük cəza verilib

Bu gün Bakı Apellyasiya Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanov barəsində olan hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi apellyasiya şikayət üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkən şəxsin hüquqi varisinin apellyasiya şikayəti təmin edilib.
Belə ki, Z.Tərlanov barəsində olan 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ömürlük cəza ilə əvəzlənib.
Qeyd edək ki, 2015-ci il yanvarın 8-də saat 17.00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Z.Tərlanov aralarında yaranmış mübahisə zəminində özünəməxsus "Vinçester" markalı odlu silahdan Qaradağ rayonu, Sahil qəsəbəsinin girişində - yolun kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisində oturmuş, həmin qəsəbə sakinləri - Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları öldürüb və hadisə yerindən qaçıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə işi Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsi Z.Tərlanovun cəzasını 20 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.
Bu qərardan da zərərçəkmiş şəxsin hüquqi varisi şikayət verib. Ali Məhkəmə Z.Tərlanov barəsində hökmü yenidən apellyasiya stansiyasına qaytarıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












