İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"

Paytaxtda bəzi iki zolaqlı yollarda zolaqlardan biri yalnız avtobusların hərəkəti üçün ayrılıb, digər zolaq isə minik avtomobilləri və digər nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Bu isə həmin yollarda nəqliyyatın hərəkətinin sıxlaşmasına və tıxacların yaranmasına səbəb olur.
Belə iki zolaqlı yollarda zolaqlardan birinin yalnız avtobuslar üçün ayrılması nə dərəcədə məqsədəuyğundur?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, Bakı şəhərində ictimai nəqliyyatın inkişafı üçün çox ciddi işlər görülür, mühüm addımlar atılır:
"İctimai nəqliyyatın əsas qolu olan avtobusların intensiv və fasiləsiz hərəkəti təmin olunmalıdır. Bir çox ölkələrdə və şəhərlərdə artıq belə qərarlar qəbul olunur ki, birinci növbədə ictimai nəqliyyat və piyadalar, ikinci növbədə isə avtomobillər və digər nəqliyyat vasitələri nəzərə alınır. Ona görə Azərbaycanda da yanaşma artıq bu istiqamətdə formalaşıb. Biz də dünyanın bir parçasıyıq və dünyada gedən bu proseslərə qoşulmaya bilmərik. Ümumilikdə, bəli, bu, müəyyən fəsadlar yaradır. İki zolaqlı yolun birini avtobus zolağı etdikdə, təbii ki, bu, digər nəqliyyat vasitələrinin hərəkətinə təsir göstərir. Amma bu cür qərarlar qəbul edilərkən, düşünürəm ki, mütləq ərazidə avtomobil yükünü təhlil etmək lazımdır. Nəzərə almaq lazımdır ki, gün ərzində həmin yolda nə qədər avtomobil hərəkət edir, nə qədər avtobus işləyir və bu avtobuslardan nə qədər sərnişin istifadə edir. Bax, bu cür təhlillər aparıldıqdan sonra qərarlar qəbul olunsa, daha yaxşı olar"./redaktor.az
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












