Banner

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

Gündəm 10 Noyabr 2026 11:52
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
WhatsApp kanalımıza abunə olun

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Avtosfer.az AZƏRTAC-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Əziz Qardaşım.

İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Oxunub : 48
ŞƏRH YAZ
Ad

E-mail

Şərh