İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ

Azərbaycan və Türkiyə arasında uzun illərdir davam edən strateji müttəfiqlik və qardaşlıq münasibətləri son dövrlər bir sıra fikir ayrılıqları fonunda müzakirə mövzusuna çevrilib. Xüsusilə Azərbaycanda məktəblərdə vahid məktəbli forması ilə bağlı tətbiq edilən geyim qaydalarının Türkiyədə bəzi siyasi dairələr və ictimaiyyət nümayəndələri tərəfindən tənqid olunması tərəflər arasında narazılığa səbəb olub. Bununla yanaşı, Bakının İsraillə münasibətləri, Ankaranın Ermənistanla normallaşma siyasəti və qarşılıqlı suverenlik məsələləri də iki ölkənin sosial media seqmenlərində fikir ayrılığı yaradan amillər kimi göstərilir. Gərginliyin diqqət çəkən məqamlarından biri Prezident İlham Əliyevin oktyabrın 29-30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak etməməsi olub. Halbuki dövlət başçıları son illərdə mütəmadi qarşılıqlı səfərlər həyata keçirib: İlham Əliyev 2026-cı ilin aprelində Antalyada, Rəcəb Tayyib Ərdoğan isə noyabrın 8-də Şuşada olub. Sonuncu görüşdə liderlər iki ölkə arasındakı müttəfiqliyin və əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıblar. Noyabrın 11-I Prezident İlham Əliyevin Türkiyədə keçirilən COP31 tədbirində iştirak üçün bu ölkəyə səfəri artıq bir çox məsələlərlə bağlı fikir ayrılıqlarına öz təsirini göstərmiş oldu. Bəs hər iki ölkənin sosial media seqmentində qəsdli şəkildə yaradılan fikir ayrılıqları, birbaşa ünvana təhqiredici ifadələr strateji tərəfdaşlığın gələcəyi ilə bağlı daha ciddi suallar yaradır?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirdi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin pozulmasını istəyən həm daxili, həm də xarici qüvvələr kifayət qədər çox idi və bu qüvvələrin əsas məqsədi, əlbəttə ki, iki ölkə arasındakı münasibətlərin gərginləşməsi idi.

“Yəni, ona çalışırdılar ki, münasibətlər elə bir vəziyyətə çatsın ki, bu mütəfiqlik münasibətləri pozulsun, münasibətlərə xələl gəlsin.
Ancaq belə vəziyyətdə təbii ki, dövlət ağlı var və hər iki ölkənin dövlət başçısı kifayət qədər təcrübəlidir. Dünya siyasətində öz sözünü deyən bu liderlər tərəfindən dərhal vəziyyət nəzarət altına alındı. Eyni zamanda Azərbaycan və Türkiyə xalqları arasında çox sıx qardaşlıq münasibətləri var ki, dünyada demək olar ki, iki xalq və iki başqa bir dövlət ola bilməz ki, bu dərəcədə bir-birinə yaxın münasibətlə olsun. Yəni, bütün münasibətlərin olması səbəbindən də bu cür təxribatlar baş tutmadı.
Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri, eyni zamanda İlham Əliyev və COP31 tədbirində iştirak etmək üçün Türkiyəyə səfər etməsi məsələsi artıq həmin qüvvələr üçün verilən ən layiqli cavab idi. Bu onu göstərdi ki, Azərbaycan və Türkiyə münasibətlərini pozmaq heç bir halda əmələ gələn bir iş deyil. Bu iki ölkə bir-birinə elə sıx tellərlə bağlanıb ki, onların arasındakı münasibətlərə xələl gətirmək, hansısa bir problem yaratmaq, hansısa bir formada təxribat yaratmaq baş tutmayacaq. Bununla da kənar qüvvələr başa düşdü ki, bu münasibətləri pozmağa gücləri çatmayacaq.
Bundan sonra da, ola bilər, regionumuzda müxtəlif imperialist dövlətlər var, həmin dövlətlər heç bir zaman türk birliyinin baş tutmasını istəmirlər, müxtəlif təxribatlar törətməyə çalışırlar. Türk birliyinə üçün də ən əsas ilhamverci qüvvə Azərbaycan-Türkə qardaşlığıdır. Buna görə də, bu cür təxribatları hələ də keçirməyə çalışacaqlar.
Belə təxribatlar həmişə olacaq. Ancaq əsas məsələ odur ki, bu cür sınaqlardan üzüağ çıxasan, necə ki, Allaha şükür ki, bu sınaqdan üzaraq çıxdıq”.
Səfər
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib












