İlhamə Quliyevanın oğlunun adı keçən dələduzluq işində apellyasiya şikayəti verilib

Bakı Apellyasiya Məhkəməsində Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Etibar Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 28-nə təyin edilib.
Qeyd edək ki, E.Hüseynov özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq edib.
Belə ki, E.Hüseynov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilərək hakim qarşısına çıxarılan Əziz Hüseynov barəsində qərarı dəyişdirəcəyini vəd edib. İstintaqı aparan vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyib və bu məqsədlə də ev dustaqlığında olan Ə.Hüseynovdan 3640 manat alıb.
İttiham aktına əsasən, E.Hüseynov digər dələduzluq əməlini Zəhra Məmmədovaya qarşı da edib. O, Zəhra Məmmədovanın həbsdə olan qızı barəsində bəraət hökmü çıxartdıracağını vəd edib.
O, ibtidai istintaqı aparan şəxslərlə yaxın əlaqəsinin olduğunu deyib, müstəntiq və digər vəzifəli şəxslərə rüşvət vermək adı ilə Z.Məmmədovadan 18 600 manat alıb.
E.Hüseynov ittihamda yazılan digər cinayət əməlini Ağatahir Zəkiyevə qarşı edib. O, özünü vəkil kimi təqdim edərək Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə təqsirləndirilərək hakim qarşısına çıxarılan A.Zəkiyevin cəzasını cərimə cəzası ilə əvəz edəcəyini vəd edib və onun yaxınlarından 7000 manat alıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32,312-ci (rüşvət verməyə təhrik etmə; aktiv rüşvətxorluq) maddələri ilə ittiham irəli sürülüb.
E.Hüseynov məhkəmənin çağırışlarına məhəl qoyulmadığı üçün onun barəsində axtarış elan olunub və cinayət işi ayrıca icraata ayrılıb. Daha əvvəl məhkəmənin çıxardığı hökmə əsasən, Ç.İsmayılova şərti cəza verilib və məhkəmə zalında azadlığa buraxılıb.
Xatırladaq ki, məhkəmədə ifadə verən zərərçəkmiş Z.Məmmədova bildirib ki, təqsirləndirilən şəxsi mərhum İlhamə Quliyevanın oğlu Orxan Nadirov vasitəsilə tanıyıb. Hazırda O.Nadirov da dələduzluqda ittiham edilir və cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












