İlin ən yaxşı reklam agentliyi - "ADMEDİA"

Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən “Navigator.az” regional biznes portalı artıq ikinci ildir ki, ölkənin ən yaxşılarını seçir. Qaliblərə isə “Navigator Business Award Mükafatı”nı təqdim edir. 2018-ci ilin qalibləri onlayn formada bilinib və seçim ölkəmizdə fəaliyyət göstərən 20 mindən çox şirkəti əhatə edib. Maraqlıdır ki, 2017-ci ilin qaliblərinin sayı 50 şirkət idisə, bu dəfə sayı artaraq 150 şirkət olub.
Qaliblər arasında ölkənin ən qabqacıl reklam şirkətlərindən sayılan "ADMEDİA" Reklam Agentliyi də var.
2009-cu ildən fəaliyyətdə olan "ADMEDİA" 360 dərəcəli reklam fəaliyyəti göstərir və reklam konsepsiyasının yaradılmasından, peşəkar istehsala, dijitaldan kompleks media yerləşdirilməyə qədər brendi bütün mərhələlərdə dəstəkləyən kampaniyalar həyata keçirir. Müştəri məmnuniyyəti əsas fəaliyyət prinsipi olan reklam agentliyi müştərilərə mükəmməl xidmət göstərməyə və onların rəğbətini qazanmağa nail olub.
Qeyd edək ki, "Navigator Business Award" Mükafatının əsas məqsədi ölkənin inkişafında və öz xalqına xidmətdə müstəsna uğurları olan şirkətləri müəyyən etməkdir. Azərbaycanın davamlı inkişafının ayrılmaz hissəsi olan hər bir biznes qurum "Navigator Business Award" vasitəsilə qiymətləndirilmiş və ölkə səviyyəsində təqdim edilmişdir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












