İlin sonunadək bütün avtobuslar kart sisteminə keçəcək

2019-cu ilin sonunadək bütün avtobusların "BakıKart" sisteminə inteqrasiyası yekunlaşacaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.
V.Kərimli qeyd edib ki, bununla bağlı müvafiq tapşırıqlar verilib: "Həmçinin ilin sonuna kimi "BakıKart" ödəmə kartının balansının onlayn artırılması mümkün olacaq, bir sərnişinin gün ərzində "BakıKart"dan nə qədər istifadə etdiyi bilinəcək. Bundan başqa, avtobus sürücülərinin özləri də kartla təmin ediləcək. Kart sisteminə keçid çox çətin prosesdir. Hazırda bununla bağlı bir şirkətlə danışıqlar aparılır. Razılıq əldə ediləndən sonra bu sistemin tətbiqinə başlanacaq və ilin sonuna qədər yekunlaşacaq".
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










