"İlk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq" - Paşinyan

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin icrasına başlanması ilə Ermənistan və onun iqtisadiyyatı üçün yeni bir dövrün əsası qoyulacaq".
Avtosfer.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarında keçirilən illik "Konkordiya" sammitindəki panel müzakirəsi zamanı çıxış edərkən bildirib.
"Hazırda bizim əsas diqqətimiz TRIPP layihəsinin həyata keçirilməsinə yönəlib ki, bunun da nəticəsində regionda qarşılıqlı əlaqələr tam şəkildə təmin olunacaq. TRIPP dövlətimiz və iqtisadiyyatımız üçün yeni bir mərhələ açacaq, çünki ilk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq", - deyə Paşinyan qeyd edib.
O, həmçinin vurğulayıb ki, Ermənistanın Türkiyə ilə sərhədinin açılmasını və bu çərçivədə dəmir yolu əlaqəsinin qurulmasını səbirsizliklə gözləyir.
"Ümumilikdə, bu addım beynəlxalq logistikanı da dəyişdirəcək, belə ki, beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni bir marşrut əldə edəcək", - deyən Ermənistanın baş naziri əlavə edib ki, bu yolla həm də Ermənistan hökumətinin "Sülh kəsişməsi" layihəsi reallaşdırılacaq.
Qeyd edək ki, Paşinyan sentyabrın 22-dən 25-dək Nyu-Yorkda işgüzar səfərdədir. Səfər çərçivəsində o, BMT Baş Assambleyasının 81-ci sessiyasının işinə qatılacaq və yüksəksəviyyəli iclasda nitq söyləyəcək.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












