İmişlidə yararsız 150 kiloqram mal əti aşkarlanıb - FOTO

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən birgə keçirilən növbəti tədbir nəticəsində insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısı alınıb.
DİN-dən Avtosfer.az-a bildirilib ki, daxil olan məlumat əsasında İmişli rayon sakini Azad Zeynalovun yaşadığı həyətyanı sahəyə baxış keçirilib və oradan xəstə, istifadəyə tam yararsız olan, ümumi çəkisi 150 kiloqram mal əti aşkar edilərək götürülüb.
Ətdən götürülən nümunələr Qida Təhlükəsizliyi Agentliyinin laboratororiyasına göndərilib, qalan hissəsi isə yandırılaraq məhv edilib. Ekspert rəyi ilə müəyyən edilib ki, həmin ət xəstə iri buynuzlu heyvana məxsusdur və istifadəyə tam yararsız olmaqla bərabər insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. A.Zeynalov izahatında əldə etdiyi xəstə heyvanı kəsərək ətini Bakı şəhərində satmaq istədiyini bildirib.
Qeyd edilən faktla bağlı araşdırma aparılır.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA











