İngiltərədə 27 min uşaq qanqster dəstələrinin üzvüdür

İngiltərənin yetkinlik yaşına çatmayanlar üzrə komissarının hesabatında deyilir ki, hüquq-mühafizə orqanları bu ölkədə 27 min uşağın qanqster dəstələrinin üzvü olduğunu müəyyən edib.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, komissar Enn Lonqfildin hesabatına görə, rəsmi qeydiyyata alınan azyaşlı cinayətkarlardan başqa, İngiltərədə 34 min uşağın müxtəlif cinayətlərdə iştirakı barədə məlumatlar var. O əlavə edib ki, silahlı cinayətkar dəstələr yoxsul ailələrdən olan və ya kimsəsiz uşaqları hiyləgər metodlarla ələ keçirir və yaşlı qanqsterlərə itaət etməyə məcbur edirlər. Onlardan bir çoxu əqli qüsurları olan və valideynləri tərəfindən fiziki zorakılığa məruz qalanlardır.
Hesabatda qeyd olunur ki, qanqsterlərə qoşulan qız uşaqları seksual zorakılığa məruz qalır, bir çox hallarda insan alveri ilə məşğul olan cinayətkarların qurbanına çevrilirlər. Lakin polis orqanları bu azyaşlılardan cəmi 6500 nəfərini müəyyən edə biliblər.
Enn Lonqfild məktəbləri və valideynləri “uşaq ovçuları” ilə mübarizədə daha fəal olmağa, hüquq-mühafizə orqanlarına kömək etməyə çağırıb. Kimsəsiz uşaqlara gəldikdə isə, komissar dövlət orqanlarını bu azyaşlıların sosial və hüquqi müdafiəsini gücləndirməyə səsləyib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












