İqbal Ağazadəyə qarşı 160 min manatlıq dələduzluq edən şəxs məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı dələduzluq etməkdə təqsirləndirilən Sərməs Tağıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövtlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə S.Tağıyev özünü təqsirli bildiyini deyib.
Daha sonra o, sərbəst ifadə verib. Qeyd edib ki, zərərçəkmiş İ.Ağazadəni xalası oğlu vasitəsi ilə tanıyıb.
S.Tağıyev söyləyib ki, özünə məxsus evləri olub, bunların da sənədlərini hazırlamaq üçün İ.Ağazadədən ümumilikdə 160 min manat pul alıb: "İqbal müəllim təklif etdi ki, evlərin sənədlərini hazırlayım. Sənədlər hazır olandan sonra evlər satılacaqdı. Mənə 160 min manat pul verdi".
Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu bildirib. O, İ.Ağazadədən aldığı 160 min manatı geri qaytardığını vurğulayıb.
İclasda elan olunub ki, zərərçəkmiş İ.Ağazadə məhkəməyə gəlməyib, o, təqsirləndirilən şəxsdən şikayətçi deyil.
Məhkəmənin növbəti iclası martın 14-nə təyin edilib.
İttiham aktına əsasən, S.Tağıyev İ.Ağazadənin etibarından sui-istifadə edərək onun 165 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Ona qarşı Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, S.Tağıyev dahan əvvəl də eyni maddə ilə mühakimə olunub. O, 5 avqust 2015-ci il tarixdə Ramin Hüseynlinin adına ipoteka fondundan 70 min manat kredit götürməyə kömək edəcəyini vəd verib və 4 min manat pul alıb.
Bundan başqa, S.Tağıyev 18 avqust 2015-ci il tarixdə İbrahim Cəbiyevə ipoteka fondundan 50 min manat kredit götürəcəyini vəd edərək, Abşeron rayonu Xırdalan şəhəri Dövlət Əmlak Agentliyinin inzibati binasında yerləşən ev alqı-satqı ofisində 10 min manat pul alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tağıyev 8 il müddətinə azadlıqdan məhrum edilib. O, apellyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə S.Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, o, azadlığa buraxılıb.
Bakı nəqliyyatında inteqrasiya olunmuş mobillik sistemi genişlənir
Hava limanına da qatarla gedə biləcəyik - AÇIQLAMA
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb - FOTO - VİDEO
Əlli faiz artım narazılıq YARATDI – Taksiçilər çətin vəziyyətdə
Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO










