İran Avropada casusluq şəbəkəsi qurur – Kiber-cinayətkarlar işə götürülür

Böyük Britaniya təhlükəsizlik mənbələrinin yaydığı məlumata görə, İran kəşfiyyatı Avropada casusluq şəbəkəsi quraraq əcnəbiləri işə cəlb edir. Bu yeni model “Telegram” kanalları üzərindən vaxtlı vaxtında ödəmələr verməklə həyata keçirilir. Bu yolla həm müşahidə, həm də daha təhlükəli əməliyyatların icrası üçün şəxslər axtarılır.
Avtosfer.az "Bakupost"a istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrinin məlumatına görə, İran kəşfiyyatı “Telegram”da açıq elanlar yerləşdirir və bu elanlarda istifadəçilərə “İran kəşfiyyatı ilə təhlükəsiz mühitdə işləmək” təklif olunur. Elanlarda iştirakçılara pul qarşılığında müxtəlif tapşırıqlar – müşahidə, məlumat toplama və bəzən daha ciddi əməliyyatlar üçün işlə təmin ediləcəyi bildirilib.
Bu üsulun əsas xüsusiyyəti onun açıq şəkildə, heç bir gizliliyə ehtiyac olmadan elan olunmasıdır ki, bu da təhlükəsizlik rəsmilərinin narahatlığını artırıb. Rəsmilər qeyd edirlər ki, bu seçim avropalılar arasında həm cinayətkar qrupları, həm də sosial baxımdan həssas olan insanları cəlb edə bilər.
Britaniya təhlükəsizlik mənbələri qeyd edirlər ki, bu təcrübə daha çox sadə vəzifələr – məsələn, müəyyən obyektin və ya binanın fotoşəklini çəkmək kimi tapşırıqlar üçün istifadə olunur. Bəzi hallarda, bu işləri qəbul edən şəxs daha sonra iş üçün başqalarını, o cümlədən yerli cinayətkarları da cəlb edə bilir,.
Rəsmilər belə metodları “rəqəmsal platformalar vasitəsilə çevik qazanc” üsulu adlandırır və qeyd edirlər ki, bu model daha əvvəl rus kəşfiyyatı tərəfindən də istifadə olunub. Bu yanaşma gizli, klassik casusluq şəbəkələrindən fərqli olaraq “boz zona” fəaliyyətinə aiddir və qarşı tərəf üçün təhdid yaradır.
Bu çərçivədə Britaniya dövlət rəsmiləri İran tərəfindən casusluq fəaliyyətlərinin artırıldığına dair narahatlıqlarını səsləndiriblər. Son günlərdə bir neçə nəfər Britaniyada İrana casusluqda şübhəli bilinərək saxlanılıb və onların yəhudi icmasına və əlaqəli obyektlərə nəzarət üçün motivləndirildiyi iddia olunur.
Polis tərəfindən aparılan araşdırmalar çərçivəsində məlumatlar toplanır və insanlara qarşı casusluq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən şəxslər izlənilir. Bu proses Britaniya kəşfiyyatı üçün yeni bir təhlükə kimi qiymətləndirilir və dövlət rəhbərliyi tərəfindən güclü cavab tədbirləri tələb olunur.
Bu üsula bənzər fəaliyyətlərdən biri 2023 cü ildə Avstriya vətəndaşı Məhəmməd Hüseyn Dovtayevin Tehranın tapşırıqları ilə London qərbində yerləşən “Iran International” kanalının qərargahı ətrafında müşahidə aparması ilə bağlı olub. O, “terrorçuluq üçün faydalı məlumat toplamağa cəhd” ittihamı ilə məhkum edilib.
Bu hadisələr Britaniyada və Avropada İranın casus şəbəkələrinin işləmə metodları ilə bağlı narahatlıqları artırıb və təhlükəsizlik rəsmiləri bu cür modellərin genişlənməsinin qarşısının alınmasını prioritet məsələ kimi qiymətləndirirlər.
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Taksi sürücüləri çətin hava şəraitində qiymətləri qaldıra bilməyəcəklər – Nazirlik qadağan etdi
Hökumətdən nüvə təhlükəsi ilə bağlı addım – QƏRAR İMZALANDI
İranın məşhur generalı İsrailə qaçdı
BƏƏ ilk dəfə İrana zərbə endirib
Fransızları qabaqlayan azərbaycanlı qadın - FOTOLAR










