İran “AzTV”ni qara siyahıya saldı; məqsəd nədir? - POLİTOLOQ

İranın Kəşfiyyat Nazirliyinin Azərbaycan Dövlət Televiziyasını (AZTV) "düşmən media qurumları" siyahısına daxil etməsi və bunun ardınca baş verən hadisələr müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.
Politoloqun sözlərinə görə, İranın Kəşfiyyat Nazirliyi iyulun 23-də yayımladığı siyahıda "AZTV" ni də "düşmən media qurumları" sırasında göstərib. Bildirilib ki, həmin media orqanları ilə əməkdaşlıq edən, onlara foto, video, məlumat və digər materiallar göndərən İran vətəndaşları ölkə qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Elxan Şahinoğlu qeyd edib ki, sözügedən siyahıda Güney Azərbaycan Televiziyası (Günaz TV) da yer alır. Onun fikrincə, "AZTV" nin də həmin siyahıya salınması Azərbaycana qarşı siyasi mesaj kimi qiymətləndirilə bilər.
Bu qərardan bir neçə gün sonra Ərdəbildə keçirilən "Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü" və "Ərdəbil Həftəsi" tədbirlərində Azərbaycanın rəsmi nümayəndələri – Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak ediblər. Tədbir zamanı İranın "Səhər" telekanalına müsahibələr verilib və iki ölkə arasındakı münasibətlər barədə fikirlər səsləndirilib.
Elxan Şahinoğlu bununla bağlı belə bir sualın ortaya çıxdığını bildirib:
"Əgər analoji mədəni tədbir Bakıda keçirilsə və İranın rəsmi şəxsləri, elm adamları və deputatları" AZTV"yə müsahibə versələr, onlar ölkələrinə qayıtdıqdan sonra İranın Kəşfiyyat Nazirliyi həmin şəxslərə qarşı da cinayət işi başladacaqmı?"
Politoloqun fikrincə, bu məsələ İranın qəbul etdiyi qərarın praktikada necə tətbiq olunacağı və yanaşmanın ardıcıl olub-olmayacağı ilə bağlı suallar yaradır.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












