İran ballistik raketlərlə HÜCUMA KEÇDİ - Azərbaycanlılar da yaralandı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın hücumları nəticəsində yaralananlar arasında azərbaycanlıların da olduğunu açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, BƏƏ-nin hava hücumundan müdafiə (HHM) sistemləri martın 14-də İrandan buraxılan 9 ballistik raket və 33 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bildirilib ki, İran hücumlarının başlanmasından bəri BƏƏ-nin HHM sistemləri İrandan buraxılan ümumilikdə 294 ballistik raketi, 15 qanadlı raketi və 1600 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Hücumlar nəticəsində BƏƏ, Pakistan, Nepal və Banqladeş vətəndaşları arasında 6 nəfər həlak olub. Bundan başqa, BƏƏ, Misir, Sudan, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka, Azərbaycan, Yəmən, Uqanda, Eritreya, Livan, Əfqanıstan, Bəhreyn, Komor adaları, Türkiyə, İraq, Nepal, Nigeriya, Oman, İordaniya, Fələstin, Qana, İndoneziya və İsveç vətəndaşları arasında 141 nəfər yüngül və orta dərəcəli xəsarətlər alıb.
BƏƏ Müdafiə Nazirliyi bəyan edib ki, ölkə istənilən təhlükəni dəf etməyə tam hazırdır və dövlətin təhlükəsizliyini pozmağa yönəlmiş cəhdlərə qətiyyətlə qarşı çıxır.
Nazirlik həmçinin vurğulayıb ki, ölkənin suverenliyinin, təhlükəsizliyinin və sabitliyinin qorunması, eləcə də milli maraqların müdafiəsi üçün bütün zəruri tədbirlər görülür./Musavat.com
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












