İran iki həftəlik müharibədə ABŞ-yə 20 milyard dollar ziyan vurub

İki həftəlik döyüş əməliyyatları ərzində İran ABŞ Silahlı Qüvvələrinə 20 milyard dollardan çox ziyan vurub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu rəqəmləri "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Möhibinin bəyanatına istinadən təqdim edib.
Statistik məlumatlara görə, iyulun 7-dən 31-dək olan dövrdə İran Silahlı Qüvvələri regiondakı Amerika bazalarında onlarla komandanlıq mərkəzinə, müdafiə sistemlərinə, erkən xəbərdarlıq radarlarına, rabitə mərkəzlərinə, silah-sursat və yanacaq anbarlarına, logistika infrastrukturuna, təyyarə anqarlarına, qırıcılara, pilotsuz uçuş aparatlarına və köməkçi avadanlıqlara hücum edib.
ABŞ Müharibə Nazirliyinin büdcəsində və digər sənədlərdə dərc olunmuş bu siyahı və bəyan edilən avadanlıqla infrastrukturun təxmini dəyəri əsasında ziyan 20 milyard dollara çata bilər. ABŞ-nin maliyyə itkilərində böyük payı Amerika ordusunun hava hücumundan müdafiə sisteminin ən vacib komponentləri hesab edilən "Patriot" zenit-raket kompleksləri təşkil edir.
Qeyd olunub ki, bu rəqəm təxminidir və ABŞ Silahlı Qüvvələrinin mümkün iqtisadi və hərbi itkiləri haqqında ümumi təsəvvür yaradır.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












