İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ

Politoloq Elxan Şahinoğlu ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının qlobal enerji bazarına ciddi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, müharibənin davam etməsi neft və qazın qiymətlərinin kəskin artmasına səbəb olub və bu prosesin hələ başlanğıc mərhələsində olduğu qeyd edilir.
Avtosfer.az xəbər verir ki, politoloq vurğulayıb ki, yaranmış vəziyyətdən ən çox təsirlənən ölkələrin başında Çin gəlir. Çinin iqtisadiyyatı enerji resurslarının davamlı və sabit şəkildə idxalından ciddi şəkildə asılıdır. Bu ölkə uzun müddət Venesuela və İrandan daha ucuz neft alırdı. Lakin hazırkı müharibə şəraiti bu imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
Naxçıvana düşən dronun üzərinə görün nə YAZILIB - FOTO
Elxan Şahinoğlunun sözlərinə görə, İranın Hörmüz boğazını bağlaması və ya bu strateji marşrutu nəzarətdə saxlaması Çinin ərəb ölkələrindən enerji resursları əldə etməsini də çətinləşdirib. Politoloq qeyd edir ki, Çin əvvəllər Hörmüz boğazından keçən bütün neftin təxminən 38 faizini alırdı.
Onun fikrincə, müharibə başlayandan sonra Pekin vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün bir neçə dəfə diplomatik çağırışlar edib. İlk olaraq Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin açıqlama verərək bildirib ki, Hörmüz boğazı və ona bitişik sular beynəlxalq ticarət və enerji daşımaları üçün həyati əhəmiyyət daşıyır. O, tərəfləri hərbi əməliyyatları dayandırmağa və problemin dialoq yolu ilə həllinə üstünlük verməyə çağırıb. Çin diplomatı həmçinin Pekinin Yaxın Şərqdə sülh və sabitliyin təmin olunması üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Lakin bu çağırış cavabsız qalıb.
Politoloqun sözlərinə görə, Pekin ikinci dəfə birbaşa Tehrana müraciət edərək enerji daşıyıcılarının təhlükəsizliyinin təmin olunmasının vacibliyini bildirib. Çin tərəfi Hörmüz boğazının açıq saxlanılmasını və neft-qaz daşımalarına qarşı hücumlardan çəkinilməsini tələb edib. Çin körfəz ölkələrindən, xüsusilə Qətərdən gələn enerji tədarükündən ciddi şəkildə asılı olduğu üçün İranı gərginliyi artırmamağa çağırıb.
Elxan Şahinoğlu hesab edir ki, Çin İranın strateji tərəfdaşlarından biri olsa da, Tehran hazırda öz neftini dünya bazarına çıxarmaqda çətinlik çəkdiyi üçün Körfəz ölkələrinin neft və qaz nəqlinə də mane olmaq siyasətinə üstünlük verir. Bu isə qlobal enerji bazarında gərginliyi daha da artırır.
Eltac Zülfüqaroğlu
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












