İran niyə tələbi yerinə yetirdi? - DİQQƏTÇƏKƏN MƏQAM

İrandakı rejim Hörmüz boğazını açmaqla strateji qərar verdi. Tehran boğazı açmasaydı, ABŞ da boğazdan tankerlərin çıxışını və girişinı nəzarətdə saxlamaqla neft satışında İrana problemlər yaşadacaqdı. Bu isə İranın iqtisadi vəziyyətini daha da ağırlaşdıracaqdı. Ancaq İrandakı rejim Vaşinqtondan qarşılıq almadan boğazı açmaq istəmirdi. Çünki bu, rejimin geri addımı kimi qiymətləndiriləcəkdi. Rejim belə bir görüntü vermək istəmirdi. Bu olmasın deyə, Tehran “İsrail Livana qarşı əməliyyatı dayandırsın” tələbini irəli sürdü.
Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Zatən İsrail artıq Livandakı hərbi əməliyyatı bitirmək barədə düşünürdü. Bir hərbi əməliyyatla Livandakı Hizbullah hərəkatını bitirmək praktik baxımdan mümkün deyil. Əksi olsaydı, İsrail 40 il ərzində Livanda keçirdiyi müxtəlif hərbi əməliyyatlar vasitəsilə hərəkatın sonunu gətirərdi. Ona görə də İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın çağırışına etiraz etməyərək, Livanla atəşkəsə, hətta Beyrutla danışıqlara başlamağa razılaşdı.
İsrail-Livan atəşkəsi İran rejiminin “Hörmüz boğazını açdıq” elanına şərait yaratdı. Buna cavab olaraq da ABŞ-ın boğazı mühasirədə saxlamasına ehtiyac qalmayacaq. Razılaşma enerji qiymətlərini sabitləşdirməyə və beynəlxalq aləmin rahat nəfəs almasına imkan verəcək. Bunun nə qədər çəkəcəyini isə İranla ABŞ arasındakı gələcək danışıqların gedişatı göstərəcək.
Hər halda tərəflər yeni müharibədən yayınmağa çalışırlar. Yorğunluq var. Ancaq Hizbullah İsrailə raket zərbəsi endirərsə, vəziyyət yenidən gərginləşəcək. Odur ki, SEPAH yeni müharibə və Hörmüz boğazının yenidən qapadılmasını istəmirsə, Hizbullahdan atəşkəsə riayəti tələb etməlidir”, - politoloq əlavə edib.
Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO










