İran Türkiyəni qəsdən hədəfə alıb? - Türk generaldan AÇIQLAMA

Bu gün İrandan atıldığı bildirilən ballistik raket Türkiyənin Hatay vilayəti üzərində vurularaq məhv edilib.
Maraqlıdır, İran bilərəkdən Türkiyəyə raket ata bilərmi?
Avtosfer.az xəbər verir ki, hadisə ilə bağlı Redaktor.az-a danışan Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirdi ki, bu, raketin İraq və Suriya hava məkanını keçərək Türk-Aralıq dənizi istiqamətinə yönəlməsi ilə də bağlı ola bilər:
"Bu, həm şüurlu seçim, həm də raketin trayektoriyasındakı sapmadan qaynaqlanan texniki hal kimi qiymətləndirilə bilər. Hazırkı mərhələdə Türkiyə ABŞ/İsrail-İran arasında mümkün qarşıdurmanın qarşısını almaq üçün əlindən gələn bütün səyləri göstərir. İranın birbaşa Türkiyəni hədəf alan belə bir hücumu qəsdən həyata keçirəcəyini düşünmürəm. Bununla belə, bu hadisə NATO-nun hava hücumundan müdafiə sistemlərinin reaksiyasını və effektivliyini ölçmək məqsədi daşıya da bilər. Qeyd etdiyim kimi, müəyyən məsafədən sonra raketin istiqamətinin dəyişdirilməsi və ya texniki yayınma ehtimalı da mövcuddur. Bu tip halların belə raketlərdə baş verməsi mümkündür. Türkiyə isə hər zaman olduğu kimi, münaqişədən deyil, dialoq və razılaşmadan, sülh və sabitlikdən yana mövqe tutur".
General hesab edir ki, İran Türkiyəni qəsdən hədəf almaz:
"Biz bu hadisəni üzərimizə götürmürük, əks halda, daha fərqli və sərt reaksiya vermək zərurəti yaranardı. Hadisə ilə bağlı xarici işlər naziri Hakan Fidan iranlı həmkarı ilə danışıb, Müdafiə Nazirliyi isə mövzu ilə bağlı lazımi açıqlamaları verib".
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü keçirilir - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO












