İran vətəndaşları Azərbaycana narkotik keçirərkən həbs edilib - FOTO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən bildirilib. Məlumata görə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu il yanvarın 2-də Biləsuvar dövlət sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşları - 1991-ci il təvəllüdlü Oghba Tooraj Hassanali və 1980-cı il təvəllüdlü Bigham Chouploujeh Arash Esfandyarın üzərinə baxış keçirilərkən daxili orqanlarından, ümumilikdə, 392 qram narkotik maddə olan heroin aşkar olunub.
Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən DİN orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il yanvarın 3-də Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Əmircan qəsəbə sakini, 1969-cu il təvəllüdlü Danil Səfərəli oğlu Məmmədov saxlanılıb.
Fakt üzrə cinayət işi başlanılıb, qeyd olunan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
















