İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT

Son dövrlərdə ABŞ, İsrail və İran arasında gərginliyin artması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu ölkələr arasındakı siyasi və hərbi qarşıdurmalar yalnız regionda deyil, qlobal səviyyədə də təsirlər yarada bilər. Beynəlxalq bazarlarda iqtisadi dəyişikliklər, enerji resurslarının qiymətində dalğalanmalar və regional təhlükəsizlik məsələləri kimi faktorlar, birbaşa və ya dolayı yolla digər ölkələrə də təsir göstərə bilər. Bəs görəsən bu gərginlik Azərbaycana təsir edə bilərmi?
Məsələ ilə bağlı siyasi ekspert Kənan Novruzov Avtosfer.az-a açıqlamasında bildirib ki, ABŞ-İsrail ilə İran arasındakı müharibə nəinki Azərbaycana, həm də qonşu ölkələrin hər birinə müxtəlif formada təsir göstərəcək:

“Burada söhbət təkcə təhlükəsizlik təhdidlərindən getmir. Eyni zamanda, bu hadisənin iqtisadi tərəfləri də mövcuddur. Məsələn, Azərbaycandan Tehrana və Tel-Əvivə aviareyslər təxirə salınıb. Təsəvvür edək ki, bu nə qədər iqtisadi xərclərə və ziyana səbəb olur. İqtisadi tərəflə yanaşı, burada siyasi və təhlükəsizlik məsələləri də var. Düzdür, hazırda bizim sərhəddimiz bağlıdır. Nə yaxşı ki, Azərbaycan öz sərhədlərini bağlı saxlayıb. Təsəvvür edək ki, sərhədlər açıq olsaydı, qaçış axını nə qədər böyük ola bilərdi. Hərçənd, bu təhlükə yenə də mövcuddur. Başqa bir tərəfdən, əgər bu müharibə uzun sürsə, Azərbaycan öz balanslı mövqeyini qorumaqda çətinlik çəkə bilər. Çünki bir tərəfdən Azərbaycan İranla qonşudur. Digər tərəfdən, Azərbaycanın İsraillə münasibətləri də mövcuddur. İkinci Qarabağ müharibəsi dövründə İsrail Azərbaycanın daha çox yanında oldu, nəinki İran. Bu kimi məsələlərdə Azərbaycan seçim qarşısında qala bilər. Azərbaycanı bu və ya digər formada müharibəyə cəlb etməyə və ya ən azından hava məkanından istifadə etməyə cəhdlər ola bilər. Azərbaycan isə balanslı mövqeyini qorumaqda çətinlik çəkə bilər. Amma bu risklər yalnız Azərbaycana aid deyil. Eyni risklər Türkiyə üçün də mövcuddur, digər ölkələr üçün də. Ümumiyyətlə, bu müharibədə qazanan tərəf çox az olur, itirən tərəf isə daha çoxdur. Hətta düşünürəm ki, bu müharibə ABŞ və İsrailin özlərinə də müəyyən mənada ziyan gətirir”.
Nurcan Babək
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










