İranda 14 əyalətdə sel və daşqınlara səbəb ola biləcək yağışlar gözlənilir

İranda sabahdan 14 əyalətdə sel və daşqınlara səbəb ola biləcək yağışların yağacağı haqqında xəbərdarlıq edilib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, İran Meteorologiya Təşkilatı bildirib ki, cümə günündən etibarən ölkə ərazisində 3 gün müddətinə güclü yağışlar yağacaq. Təşkilat yağışların sel və daşqınlara səbəb ola biləcəyini açıqlayıb.
Məlumata görə, güclü yağışlar əsasən Mazandaran, Gülüstan, Buşehr, Fars, Qum, Yəzd, İsfahan Hürmuzqan, Kirman və Sistan və Bəluçistan əyalətlərində yağacaq.
Qeyd edək ki, ötən ayın ortalarından başlayan daşqınlar nəticəsində İranda 1900 rayon, qəsəbə və kənd su və palçıq altında qalıb. 80-ə yaxın insan həyatını itirib, 800-ə yaxın insan isə yaralanıb. Təxminən 100 min nəfər dövlət tərəfindən yaradılan sığınacaqlara yerləşdirilib. Kənd təsərrüfatı sahələrinin su altında qalması səbəbindən 10 minlərlə heyvan tələf olub. Leysan 16 əyalətdə 731 min hektar kənd təsərrüfatı sahəsinə zərər vurub. Ölkə infrastrukturuna dəyən ziyan 150 milyon dolları keçib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












