İranda daşqınlar - 500 ailə evini tərk etdi

İranın şimalında yerləşən Mazandaran vilayətinin Simurq rayonunda 500 ailə evini tərk edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Mazandaran vilayəti valisinin müavini Mehdi Razcuyan deyib.
M.Razcuyanın sözlərinə görə, vilayətdə Talar çayının daşması Simurq rayonunun Kiyakola şəhəri və 6 kənddə ailələrin evlərini tərk etməsi ilə nəticələnib.
Vali müavini əlavə edib ki, ailələr müvəqqəti sığınacaqlarda yerləşdiriliblər.
M.Razcuyan Talar çayının daşması nəticəsində Kiakola şəhəri və 9 kənddə yolların su altında qaldığını deyib.
Qeyd edək ki, Talar çayı İranın Mazandaran vilayətinin mərkəzi rayonlarından olan Simurq rayonundan keçir.
İranın Mazandaran vilayətində çayların daşması 8 rayona – Sari, Miandurud, Səvadkuh, Simurq, Babol, Behşəhr, Gəlugah və Neka rayonlarına ciddi ziyanlar vurub.
İranın 22 vilayəti qar çovğunu və daşqınlarla üzləşib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












