İranda yağan güclü qar böyük fəsadlar törədib

İranın 25 əyalətində yağan güclü qar və çovğun böyük fəsadlar törədib. Avtosfer.az Azərtac-a istinadən İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Murtaza Səlimiyə istinadla xəbər verir ki, ölkənin Qərbi və Şərqi Azərbaycan, Kürdüstan, Elam, İsfahan, Çahar-Mahal və Bəxtiyari, Sistan-Bəlucistan, Gülüstan, Mazandaran, Xuzistan, Yəzd, Həmədan, Semnan, Zəncan və başqa əyalətlərində qarın yağması və çovğun həyatı iflic edib. Məktəblər, xəstəxanalar və bir sıra dövlət idarələri müvəqqəti olaraq fəaliyyətlərini dayandırıblar.
M.Səlimi bildirib ki, son 2 gündə 7 min 290 nəfərə müxtəlif yardımlar edilib, 122 dağ kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib, 404 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, 18 nəfərə təcili tibbi yardım göstərilib və onlar xəstəxanalara çatdırılıblar.
Əyalətlərdə xilasetmə işləri davam edir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı













