İrandan Azərbaycana heroin keçirilməsinin qarşısı alınıb - FOTO

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan vətəndaşlarının İrandan narkotik maddə əldə edərək gətirəcəkləri barədə əməliyyat məlumatı daxil olub.
DGK-dən Avtosfer.az-a verilən məlumata görə, məlumat əsasında iki nəfər Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.
Sorğu-sual zamanı vətəndaşlar üzərlərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildiriblər. Şəxsi yoxlama zamanı onların üzərindən qanunla qadağan olunan hər hansı predmet aşkar edilməsə də, hərəkətləri şübhə yaratdığından vətəndaşların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb və Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində xanım vətəndaşlardan birinin daxili bədən boşluğundan 2 ədəd selofan bükümdə ümumi xalis çəkisi 140,388 qram, digərindən isə 2 ədəd bükümdə ümumi xalis çəkisi 117,339 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA













