İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR

Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.
ABŞ-nin İran İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin 2026-cı il 22 sentyabr tarixindən etibarən dayandırılması barədə qərar qəbul etməli olmuşdur.
***
İndiyədək Türkiyə, Azərbaycan və İraqın mülki aviasiya qurumlarından İstanbul, Bakı və Nəcəf şəhərlərinə uçuşlarının dayandırılması və ya təxirə salınması ilə bağlı heç bir rəsmi bildiriş almamışıq.
Avtosfer.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə İran Hava Yolları Şirkətinin (“İran Air”) açıqlamasında bildirilib.
Aviaşirkət həmçinin vurğulayıb ki, rəsmi bildiriş alındıqdan sonra uçuş cədvəlində hansısa dəyişiklik baş verərsə, bu barədə sərnişinlərə şirkətin rəsmi kanalları vasitəsilə məlumat veriləcək.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent aviaşirkətlərə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi təhlükəsi səbəbindən oktyabrın 1-dən İrandan bütün ölkələrə uçuşların dayandırılacağını bildirmişdi. Bessentin açıqlamasından sonra bir sıra ölkələrin İrana uçuşları dayandırması barədə mediada məlumat yayılıb.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












