İranın gizli idarəçisi ortaya çıxdı – Regionu qarışdıracaq fiqur

İranda hakimiyyətin faktiki olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərlərinin əlinə keçdiyi iddia edilir. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
SEPAH-ın hakimiyyəti ələ keçirməsi Azərbaycan-İran münasibətlərində özünü hansı formada göstərəcək? İranda daha radikal hakimiyyət kimlər üçün faydalıdır?
Avtosfer.az xəbər verir ki, "Globalinfo"ya danışan siyasi şərhçi Rəşad Bayramov deyib ki, əslində İranda real güc balansı artıq uzun illərdir paralel strukturlar üzərində qurulub:
“Bu kontekstdə SEPAH-ın rolu xüsusi olaraq qeyd edilməlidir. Belə ki, SEPAH təkcə hərbi təşkilat deyil, eyni zamanda geniş iqtisadi, təhlükəsizlik və regional təsir şəbəkəsinə malik bir qurumdur. Onun İranda bu və ya digər prosseslərlə bağlı qərarların qəbulunda hər zaman təsiri olub. Amma İranın Ali dini lideri Əli Xameneinin ölümündən sonra bu təsir daha da artıb. Son dövrlərdə ayrı-ayrı mülki vəzifələrlə belə SEPAH üzvlərinin təyinatı onu göstərir ki, həqiqətən də bu qurum faktiki olaraq ölkə idarəçiliyini öz əlinə alıb. SEPAH-ın qərarvermə prosesində dominant rolunun daha da güclənməsi isə avtomatik olaraq İranın xarici siyasətində ideoloji xəttin güclənməsi demək olacaq”.
Siyasi şərhçi bildirib ki, bu, region ölkələri ilə münasibətlərə, xüsusilə də Azərbaycan-İran münasibətlərinə bir neçə istiqamətdə təsir göstərə bilər:
“SEPAH-ın regional proksi strukturlar vasitəsilə təsir imkanları nəzərə alındıqda, Cənubi Qafqazda gərginlik riskinin artması ehtimalı mümkündür. Biz SEPAH rəhbərliyində ayrı-ayrı şəxslərin və o cümlədən də təşkilatın nəzarətində olan mətbu orqanların anti-Azərbaycan mövqeyini dəfələrlə görmüşük. Onların İranda hakimiyyəti tamamilə ələ keçirməsi bu baxımdan rəsmi Bakı üçün yaxşı bir şey vəd etmir. Digər tərəfdən, diplomatik münasibətlərdə ideoloji ritorikanın güclənməsi də iki ölkə arasında praktiki əməkdaşlıq sahələrini məhdudlaşdırar. Bu isə o deməkdir ki, iqtisadi əməkdaşlıq və ya tranzit layihələri kimi praqmatik sahələr tam dayanmasa da, siyasi gərginlikdən dolayı daha qeyri-sabit çərçivəyə düşə bilər”.
R.Bayramovun sözlərinə görə, regional güc siyasəti çoxqatlı maraqlar üzərində qurulur:
“İranda daha sərt xəttin güclənməsi bəzi daxili aktorlar üçün institusional nəzarətin möhkəmlənməsi və təhlükəsizlik aparatının güclənməsi baxımından faydalı ola bilər. Xarici aktorlar baxımından isə bu, bəzi regional rəqiblər üçün təhlükəsizlik narahatlıqlarını əsaslandırmaq və öz hərbi-siyasi mövqelərini gücləndirmək üçün arqument yaratmaq imkanına malikdir. Eyni zamanda, bəzi böyük güclər üçün bu vəziyyət İranla danışıqları təhlükəsizlik prizmasında daha sərt çərçivəyə salmaq imkanı da yarada bilər. Bütün hallarda SEPAH-ın təsirinin artması təkcə İranın daxili siyasətini yox, bütün regionun təhlükəsizlik arxitekturasını daha həssas və qeyri-müəyyən hala gətirən faktordur”.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












