İranla bağlı son durum: İsrail yeni plan hazırlayır

İsrail ABŞ-nin daxili siyasi problemlər və qlobal iqtisadi böhranın daha da artması riski səbəbindən İrana qarşı hərbi əməliyyatları bərpa etməsinə şübhə ilə yanaşır.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə “Al-Monitor” İsrailin hökumət mənbələrinə istinadla məlumat yayıb.
Portalın mənbələri bildiriblər ki, İsrail ABŞ-dəki vəziyyəti nəzərə alaraq, İrana qarşı gələcək hərbi tədbirlər üçün bütün mümkün ssenariləri nəzərdən keçirir. Amma İsrail ABŞ-nin İran ərazisinə zərbə endirməyəcəyini ehtimal edir.
“Al-Monitor”un mənbələri həmçinin İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında təmasların əhəmiyyətli dərəcədə azalmasına və iki ölkə arasında münasibətlərin soyumasına da diqqət çəkib.
İsrail hesab edir ki, ABŞ-nin əsas məqsədi hazırda Hörmüz boğazına nəzarəti İrandan almaq və Vaşinqtonun istifadəsi üçün əlverişli şərtlər tətbiq etməkdir. Həmçinin İsrail ABŞ liderinin Hörmüz boğazına fokuslanmasının Vaşinqtonu hərbi əməliyyatın ilkin səbəbi olan İranın nüvə və ballistik raket proqramlarına laqeyd qalmasına səbəb olacağından ehtiyat edir.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












