İranla razılaşma baş tutmasa, ABŞ ən yaxşı silahları tətbiq etməyə hazırdır - Tramp

ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı gərginlik fonunda hərbi hazırlığın gücləndirildiyini bəyan edib və danışıqlar uğursuz olacağı təqdirdə güc tətbiqini istisna etməyib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, o, bu barədə "The New York Post" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ hərbi gəmiləri indiyədək yaradılmış ən yaxşı silahla təchiz edilir.
"Biz gəmiləri indiyədək yaradılmış ən yaxşı silahla yükləyirik... Əgər razılaşma baş tutmasa, biz ondan istifadə edəcəyik və çox səmərəli şəkildə istifadə edəcəyik", - Tramp vurğulayıb.
O qeyd edib ki, yaxın sutka ərzində İranla danışıqların uğurlu olub-olmayacağı aydın olacaq. "Biz təxminən 24 saatdan sonra, tezliklə aydın olacaq", - o bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
Qeyd edək ki, ABŞ və İran danışıqları aprelin 11-də Pakistanda keçiriləcək.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












