İrəvanda avtobus sürücüləri aksiya keçirib - VİDEO

Bu gün səhər saatlarından başlayaraq Ermənistanın paytaxtı İrəvanda ictimai nəqliyyatın fəaliyyəti iflic vəziyyətinə düşüb. Buna səbəb “Yerevan avtobusu” QSC-nin sürücülərinin xidmət göstərməkdən imtina edərək etiraz aksiyası keçirməsidir.
Avtobus sürücüləri “Yerevan avtobusu” QSC-də 7 ildir direktor postunu tutan Elbak Tarpoşyanın işdən qovulmamasını tələb ediblər.
Aksiyanın başladığı bir neçə saatdan sonra Yerevan meriyasının nəqliyyat idarəsinin rəisi Qenrix Navasardyan və “Yerevan avtobusu” QSC-nin direktoru paytaxt sürücüləri ilə danışıqlar aparmaq üçün etirazçıların yanına gəliblər. Navasardyan bildirib ki, Elbak Tarpoşyan 2018-ci ilin dekabrında özü istefa ərizəsi yazıb, amma hələ onun istefası təsdiq olunmayıb. Bu səbəbdən hələlik “Yerevan avtobusu” QSC-nin direktoru səlahiyyətlərini icra etmək üçün başqa adam təyin olunacaq.
Lakin etirazçıların sözlərinə görə, artıq Yerevan meriyasının bu posta gətirmək istədiyi öz namizədi var və sürücülər üçün həmin namizədin rəhbərliyi, sadəcə, qəbuledilməzdir. Qarşı tərəfin təkidinə baxmayaraq, sürücülər avtobus sükanı arxasına oturmaqdan imtina ediblər. Nəticədə, “Yerevan avtobusu” QSC-nin istefa verən direktoru Elbak Tarpoşyan özü onların qarşısına çıxaraq “mənə bir neçə saat vaxt verin, söz verirəm ki, istefa ərizəmi elə özüm çırıb atacağam” deməklə sürücüləri işlərini davam etdirməyə razı salıb.
Azvision.az bildirir ki, etirazçılar Tarpoşyana 3 saat vaxt verərək şərt qoyublar ki, onların tələblərinə uyğun qərar qəbul edilməsə, yenidən aksiya keçirməklə tətili uzadacaqlar.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










