İşçilərin iş saatlarında yatmaları üçün xüsusi otaqlar hazırlandı

Yaponiyada iş yerləri yuxusuz çalışanların daha çox ziyana yol verdikləri üçün işçilərin gün ərzində dincəlməsini işin bir parçası kimi görərək onların rahat yatması üçün səs keçirməyən xüsusi otaqlar hazırlayıb.
İlk olaraq kiçik firmalarda başlanan bu qayda getdikcə daha çox şirkətə yayılıb və hər sahibkar bu qaydaya əməl etməyi qarşısına məqsəd qoyub.
Ötən il “Nextbeat” adlı bir şirkət Tokiodakı mərkəzində biri kişilərə, digəri də qadınlara aid olan iki yuxu otağı hazırlayıb. Otaqlar kənardan səs gəlməyəcək şəkildə hazırlanıb və yataqlar qoyulub. Yuxu gətirən çayların dəmləndiyi otaqlara kompyuter və mobil telefonla girmək də qadağan olunub.
Bir başqa firma da iş yerində çox qalmadan evinə gedib yatan işçilərinə əlavə pul ödəyir. 28 ölkədə aparılan bir araşdırmaya görə, Yaponların ortalama yuxusu gün ərzində 6 saat 35 dəqiqədir. Bu səbəblə də gün ərzində yorğun olurlar. Araşdırmalar 20 yaşdan yuxarı 100 yapondan 92-nin yuxusunu tam almadığını göstərir.
İşçilərinə qanuni olaraq yuxu icazəsi verməyə hazırlaşan şirkətlərdə hələ yuxu otaqları hazır olmasa da yorğun və yuxusuz işçilər oturduqları yerdə yuxulayır.
Yuxusuzluq səbəbi ilə ölkə büdcəsinin zərərə uğraması hökuməti də hərəkətə keçirib. Yaponiya səhiyyə nazirliyi bütün işçilərin günortadan sonra 30 dəqiqəlik rahat bir yuxu yatmasının həm işçilər, həm də iş yerləri üçün faydalı olduğunu bildirib.
“Bakı-Tbilisi qatarının bərpası…” - Deputatdan açıqlama
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO








