İşgəncələr Əleyhinə Komitə 8 rayon polis şöbəsində monitorinq keçirdi

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi ölkədə fəaliyyət göstərən polis şöbələrinin müvəqqəti saxlama məntəqələrində növbəti monitorinq keçirib. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında komitə sədri Tural Hüseynov bildirib.
Onun sözlərinə görə, monitorinq bu dəfə 8 rayonda keçirilib: "Monitorinqi mən, komitənin hüquqşünası Anar Cavadov və ekspert Qartal Hüseynov keçirmişik. Monitorinq zamanı Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərində olduq. Monitorinq zamanı müvəqqəti saxlama yerlərində olan şəxslərin saxlanma şəraiti, qidalanması, rəftar, saxlanma yerinin vəziyyəti, işıqlanma, havalanma və digər zəruri məsələlərlə maraqlandıq. Saxlama məntəqələrində neqativ hala rast gəlmədik. Ümumi vəziyyət qənaətbəxşdir. Məsələn, müvəqqəti saxlama məntəqələrində istilik sistemləri normaldır, kameralar isti və təmizdir. Saxlanılan şəxslərlə fərdi söhbətlər apardıq, onların saxlanma şəraitlərindən şikayətləri olmadı".
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










