İşgəncələrə qarşı Azərbaycan Komitəsi monitorinq keçirdi

İşgəncələrə qarşı Azərbaycan Komitəsi Bakıda 6 rayon polis idarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib. Avtosfer.az xəbər verir ki, bu barədə komitə sədri Tural Hüseynov məlumat verib. Onun sözlərinə görə, monitorinq zamanı polis idarələri və onlara tabe olan bölmələrin müvəqqəti saxlama yerlərində vəziyyət, saxlanılan şəxslərlə rəftar və digər məsələlər araşdırılıb. Monitorinqi T.Hüseynov, komitənin sədr müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov keçirib: “Monitorinq zamanı Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində 14 nəfər, Suraxanı rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində 1 nəfər, Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində 9 nəfər, Nəsimi rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində 7 nəfər, Xətai rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində 15 nəfər, Xəzər rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində isə 4 nəfər təqsirləndirilən şəxs saxlanılırdı. Bu prosesdə yenilik odur ki, artıq polis idarələrinin müvəqqəti saxlama yerlərində inzibati həbs olunan şəxslər saxlanılmır. Həmin şəxslər dərhal Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilirlər. Polis idarələrində saxlanılanlar cinayət törətməkdə şübhəli bilinənlərdir”.
T.Hüseynov qeyd edib ki, monitorinqin ümumi nəticəsi qənaətbəxşdir: “Müvəqqəti saxlama yerlərində istilik sistemi, havalandırma, işıqlanma, su təminatı normal səviyyədədir, qidalanma və dərman preparatları ilə təminat qənaətbəxşdir. Bəzi polis bölmələrinin inzibati binaları köhnə olduğundan bir sıra tövsiyələr verdik”.
Namiq
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












