İsmayıllıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər yaxalanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, daxil olan məlumat əsasında rayon sakini Əkbərov Murad Azər oğlu İsmayıllı şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərində axtarış aparılan zaman əynindəki tüng göy rəngli cins şalvarın sağ cibindən siqaretin gümüş rəngli kağız bükümündə, qanunsuz olaraq əldə etdiyi çətənə ("kannabis") bitkisindən kustar üsulla hazırlanmış 0,21 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmçinin rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Səmədli Emin Səxavət oğlu, Məhərrəmov Taleh Oqtay oğlu da şübhəli şəxs qismində saxlanılıblar. Hər iki şəxs polis şöbəsinə gətirilib. Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?












