İsmayıllıda ölümə səbəb olan sürücünün cinayət işi məhkəməyə göndərilib

İsmayıllıda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vasiliy Kazanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 4-ə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 5-də İsmayıllı rayonunun İvanovka kəndində qeydə alınıb. Kənd sakini V.Kazakov idarə etdiyi "UAZ-69" markalı avtomobili dərəyə aşırıb.
Nəticədə V.Kazakovun sərnişinlərindən həmkəndlisi Vladimir Skokov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Ona Cinayət Məcəlləsinin 263-1.3-cü (ölümlə nəticələn ağır qəza törətmək, avtomobili sərxoş halda və yaxud nəqliyyta vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










