İsmayıllıda tələbəni bıçaqla hədələyən gənclərin ibtidai istintaqı başa çatıb

İsmayıllı rayonunda quldurluq etməkdə təqsirləndirilən Eldəniz Kaxarmanov və İmran Faxtiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Nahid Mirzəyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, ötən ilin oktyabr ayında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin 1-ci kurs tələbəsi, 2001-ci il təvəllüdlü Mirzəliyev Amil Ramil oğlu şəhərin mərkəzindəki parkda iki nəfərin hücumuna məruz qalıb.
Belə ki, iki nəfər gənc onun üstünə bıçaq çəkərək qolbağını, telefonunu, üzərindəki pulları və qol saatını verməsini tələb edib. Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan və İsmayıllıda kirayə yaşayan tələbə dərhal polisə müraciət edib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən İsmayıllı şəhər sakini, İsmayıllı Peşə Tədris Mərkəzinin tələbəsi, 1996-cı il təvəllüdlü Kaxarmanov Eldəniz Orman oğlu ilə 1996-cı il təvəllüdlü Faxtiyev İmran Rəhim oğlu tutulub. Onlardan hadisə vaxtı istifadə etdikləri soyuq silah götürülüb.
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT










