İsrail Türkiyəyə doğru iki qırıcı göndərdi

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Varşavadan Təl-Əvivə uçan sərnişin təyyarəsi ilə əlaqənin kəsilməsi xəbərindən sonra onu müşayiət etmək üçün havaya qaldırılıb. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) məlumat yayıb. Bildirilib ki, təyyarə ilə əlaqənin kəsilməsindən sonra onu müşayiət etmək üçün iki qırıcı təyyarə göndərilib. Uçuş izləmə xidmətlərinin məlumatına görə, uçuşu həyata keçirən Polşa Hava Yollarına məxsus təyyarə dönüş edərək, Aralıq dənizi üzərindən uçub. İsrail Müdafiə Qüvvələri daha sonra təyyarə ilə əlaqənin bərpa olunduğunu və insidentin başa çatdığını açıqlayıb.
Qeyd edək ki, Polşa Hava Yollarına məxsus təyyarənin niyə radarı söndürdüyü bilinmir. Ancaq ilkin ehtimala görə, təyyarə Türkiyə üzərindən uçmağı planlaşdırıb. Yayılan məlumatda təyyarənin “dönüş edərək” Aralıq dənizi üzərindən uçması vurğulanır.
Xatırladaq ki, Türkiyə öz səmasını İsrail üçün bağlayıb.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












