İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı Ərdoğandan ilk açıqlama

“Biz tarixi ilə böyük, vicdanı ilə böyük bir millətin mənsublarıyıq. Əsrlər boyu yıxılanın əlindən tutduq, darda qalanın imdadına yetişdik. Ölkəmizə sığınanlara qapılarımızı açdıq”. Avtosfer.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Nazirlər Kabinetinin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını ilk dəfə şərh edərkən deyib. “Əllərində çoxu uşaq və qadın olmaqla 73 min günahsız qəzzalının qanı olan cinayət şəbəkəsinin ölkəmizlə bağlı iftiralarını zərrə qədər də olsun diqqətə almırıq. Bizim tariximizdə nə soyqırımı, nə qətliam, nə zülm, nə də müstəmləkəçilik var. Bizim minillik şanlı tariximizdə yalnız ədalət və mərhəmət var. Dinindən, mənşəyindən, kimliyindən asılı olmayaraq bütün məzlumlara əl uzatmaq var. İnkvizisiyadan və nasist zülmündən qaçanlara sahib çıxmaq fəziləti var. “Taxtımı verərəm, tacımı verərəm, amma dövlətimə sığınanları təslim etmərəm” deyən qəhrəman əcdadımızın vüqarlı duruşu var. Bunu da öz tarixlərinə baxsalar, Qəzzadakı vəhşiliklərini ört-basdır etmək üçün Türkiyəyə və türk millətinə iftira atanlar hamıdan yaxşı bilirlər”, - Türkiyə lideri bildirib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












