İstabulun Atatürk hava limanından sonuncu sərnişin təyyarəsi qalxıb

"Turkish Airlines" aviaşirkətinin "Tk 54" reysini həyata keçirən təyyarə Atatürk hava limanından saat 02:40-da havaya qalxıb. Avtosfer.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, saat 02:40-da havaya qalxan İstanbul-Sinqapur reysini həyata keçirən sərnişin təyyarəsi hava limanının tarixində sonuncu olub.
Belə ki, “Türk Hava Yolları” dünyanın ən böyük hava limanı layihəsi olan İstanbul hava limanına köçməyə başlayıb.
Köçün ilk mərhələsi ötən ilin oktyabr ayında baş tutub. Bu gün saat 03.00-dan etibarən isə köçün əsas mərhələsi həyata keçirilir.
Böyük köçürmə prosesinin 38%-i ötən gün 6 saatdan sonra uğurla Atatürk hava limanından İstanbul hava limanına köçürülüb.
Aviasiya tarixində unikal hadisə olan bu köçürülmə əməliyyatı ümumilikdə 45 saat davam edəcək və aprel ayının 6-sı, şənbə günü, saat 23.59-da sona yetəcək. Əməliyyatın öncədən planlaşdırıldığı kimi həyata keçirilməsi üçün Atatürk və İstanbul hava limanları aprel ayının 6-ı 14.00-a qədər bütün sərnişin reysləri üçün bağlanacaq. Köçürülmə prosesi çərçivəsində İstanbul hava limanında əməliyyatlar 6 aprel saat 14.00-da başlayacaq. “Böyük köç” zamanı ilk reys İstanbul hava limanı ilə Ankaranın Esenboğa hava limanı arasında yerinə yetiriləcək. “Türk Hava Yolları”nın İstanbul hava limanından olan növbəti uçuşları plana uyğun olaraq tədricən artırılacaq.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












