İstanbul-Bakı aviareysi ilə gələn iki qadın saxlanılıb - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşının qeyri-qanuni yolla ölkə ərazisinə qızıl məmulatları gətirməsi barədə məlumat daxil olub. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Gömrük nəzarətindən keçərkən şifahi sorğu-sual edilən həmin vətəndaşlar üzərlərində gömrük nəzarətinə bəyan olunası və gizlədilən heç bir əşyanın olmadığını bildiriblər. Şəxsi yoxlama keçirilməzdən əvvəl xanım sərnişinlərə gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan qızıl-zinət əşyalarının təqdim olunması təklif edilib. Bundan sonra xanım sərnişinlərdən biri üzərində olan 2 ədəd qızıl qolbağını, 1 ədəd qızıl üzük-sırğa dəstini, digər xanım sərnişin isə qulaqlarındakı 1 cüt qızıl sırğanı, barmağındakı 1 ədəd qızıl üzüyü, sağ qolundakı 2 ədəd qızıl qolbağını, sol qolundakı 1 ədəd qızıl qolbağını, boynundakı 1 ədəd qızıl kulonlu boyunbağını çıxarıb təqdim ediblər və hamısını Türkiyədən təzə aldıqlarını bildiriblər. Sonra onların hər ikisinin üzərində şəxsi yoxlama aparılıb. Nəticədə bir sərnişinin ayağındakı corabların içərisində gömrük nəzarətindən gizlətdiyi 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük-sırğa dəsti, başındakı saç sancağının içində 3 cüt qızıl sırğa, 3 ədəd qızıl üzük, 2 ədəd qızıl üzük-sırğa-kulon dəsti, 1 ədəd qızıl üzük-sırğa dəsti, 1 ədəd qızıl sırğa-boyunbağı dəsti, digər sərnişinin əl çantasında isə 1 ədəd qızıl sırğa-üzük dəsti və 1 ədəd qızıl kulon aşkarlanıb. Aşkar olunan zərgərlik məmulatlarının ümumi çəkisinin 272 qram olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Namiq
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"













